Arye Qut vəfat etdi
Gündəm
11:59 20 sen, 2022

İsraildən olan jurnalist və politoloq Arye Qut vəfat edib.
Qazet.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
2 iyun 1975-ci il təvəllüdlü "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, "The Jerusalem Post" qəzetinin siyasi şərhçisi, Bakıda anadan alan Arye Qut 47 yaşında dünyasını dəyişib.