Bakı 26˚C Intermittent clouds

AŞ PA-dan İrəvana çağırış: Mina xəritələrini ver!

Gündəm 21:55 16 sen, 2021

Komitə İkinci Qarabağ müharibəsindən sonra qısa və uzunmüddətli perspektivdə humanitar fəsadların aradan qaldırılması üçün tərəflərə tövsiyələr hazırlayıb.

AŞ PA-dan İrəvana çağırış: Mina xəritələrini ver!

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya məsələləri üzrə komitəsi Ermənistanı Azərbaycanın əvvəl işğal altında olmuş ərazilərində quraşdırılan bütün minaların xəritələrini verməyə çağırıb.

Qazet.az bu barədə AŞ PA-ya istinadən məlumat verir.

Komitə İkinci Qarabağ müharibəsindən sonra qısa və uzunmüddətli perspektivdə humanitar fəsadların aradan qaldırılması üçün tərəflərə tövsiyələr hazırlayıb.

Eyni zamanda, komitə noyabrda atəşin dayandırılmasından sonra 159 azərbaycanlının minaya düşməsi nəticəsində ölməsi və ya yaralanması ilə bağlı təəssüfləndiyini ifadə edib və Ermənistanı dərhal əlində olan mina xəritələrini təhvil verməyə çağırıb.