ASALA terrorçusu İrəvana gəldi
Gündəm
18:40 30 okt, 2021
Həbs edilən Ambik Sasunyan Ermənistana gəlib.

1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə həbs edilən Ambik Sasunyan Ermənistana gəlib.
Qazet.az xəbər verir ki, bu məlumatı Daşnaksütyun Partiyasının Amerikadakı rəsmi nümayəndəliyi yayıb.
Qeyd edək ki, Sasunyan ASALA-nın qanadı sayılan Erməni Soyqırımına Münasibətdə Ədalət Mübarizləri terrot təşkilatının üzvü olub.
O, cari ildə Los-Anceles Dairə Ali Məhkəməsinin qərarı ilə həbsdən azad edilmişdi.