Bakı 6˚C Showers

ASCO gəmilərə xəbərdarlıq etdi

Gündəm 12:05 14 yan, 2022

Mövcud hava şəraitinə görə xəbərdarlıq edilib

ASCO gəmilərə xəbərdarlıq etdi

Yanvarın 13-ü günün ikinci yarısından başlayan küləkli hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər akvatoriyasında üzən gəmilərinə xəbərdarlıq göndərilib.

Bu barədə Qazet.az-a ASCO-dan məlumat verilib.

Mövcud hava şəraitinə görə, gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olub. Yanvarın 15-i səhər saatlarından etibarən gəmilərin müvafiq qaydada yenidən fəaliyyətlərinin davam etdirəcəyi gözlənilir.