ASCO yeni vakansiyalar elan edib
Gündəm
18:41 22 sen, 2021
Namizədlər oktyabrın 21-nə qədər müraciət edə bilərlər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 5 vəzifə üzrə ümumilikdə 13 vakansiya elan edib.
"Report" quruma istinadən xəbər verr ki, bunlar aşpaz (2-ci kateqoriya), ikinci mexanik, böyük mexanik, kapitanın böyük köməkçisi, kapitan vəzifələridir.
Hər bir vakansiya üzrə ayrıca tələb və öhdəliklər müəyyənləşdirilib.
Namizədlər oktyabrın 21-nə qədər müraciət edə bilərlər.
Ətraflı məlumatla ASCO-nun saytındakı “Karyera” bölməsindən və yaxud rəsmi "facebook" ünvanından tanış olmaq mümkündür.