Asiya İnkişaf Bankı ilə görüş keçirildi
“Azəristiliktəchizat” ASC və Asiya İnkişaf Bankı (ADB) arasında görüş keçirilib.
“Azəristiliktəchizat”dan Qazet.az-a bildirilib ki, görüşdə ASC–nin fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verilib və texniki yardımın mümkünlüyü haqqında ətraflı müzakirələr aparılıb.
Diqqətə çatdırılıb ki, 2005-ci ildə yaradılan “Azəristiliktəchizat” hazırda ölkə ərazisində 180 min mənzilə və 3000-ə yaxın kommersiya və büdcədən maliyyələşən təsisatlara xidmət göstərir. Prezident İlham Əliyevin 2022-ci il 29 aprel tarixli “İstilik təchizatı sahəsində ilahatların sürətləndirilməsi və səmərləliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn yeni strateji vəzifələr barədə məlumat verilib.
ADB-nin Azərbaycandakı ofisinin rəhbəri xanım Kandis MakDeyqan istilik enerjisi sektorunda islahatların vacibliyini vurğulayıb və bu sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini bildirib.