Bakı 23˚C Sunny

ASK-nın Müşahidə Şurasının sədri dəyişdi - SƏRƏNCAM

Siyasət 18:01 08 sen, 2022
ASK-nın Müşahidə Şurasının sədri dəyişdi - SƏRƏNCAM

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib.

Qazet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Taleh Kazımov olacaq. Bundan əvvəl Müşahidə Şurasının sədri Elman Rüstəmov idi.