Assanj və nişanlısı evlilik qadağasına görə Britaniyanın ədliyyə nazirini məhkəməyə verib
ABŞ-da onu 175 ilə qədər həbs gözləyir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2016-cı ildə Demokratlar Partiyasının sındırılmış serverlərindən məktubların mətnlərini aldığı mənbənin adını çəksə, Assanjı əfv etməyə hazır olduğunu iddia etmişdi.
“WikiLeaks” saytının qurucusu Culian Assanj və onun nişanlısı Stella Morris İngiltərə Ədliyyə Departamentinin rəhbəri Dominik Raabı evlənmələrinə icazə verilmədiyi üçün məhkəməyə verib.
Qazet.az bu barədə İngiltərənin “Daily Mail” qəzetinə istinadla xəbər verir.
Assanj və Morris həmçinin “WikiLeaks”in təsisçisinin saxlanıldığı həbsxananın rəhbərinə qarşı da iddia qaldırıblar. Cütlük əmindir ki, Böyük Britaniya ABŞ hakimiyyətinin Assanja qarşı apardığı siyasi müharibə səbəbindən onların evliliyinə maneələr yaradır.
“Culianı həyatda saxlaya biləcək şeylərə ehtiyacı var, çünki onun üçün Belmarşdakı hər gün mübarizədir”, - deyə Morris bildirib. “WikiLeaks”in qurucusu və onun sevgilisi təxminən beş ildir birlikdədir, cütlüyün iki övladı var.
Xatırladaq ki, Culian Assanj Böyük Britaniyanın Belmarş həbsxanasında saxlanılır. 2019-cu ilin may ayında ABŞ Ədliyyə Departamenti Assanja qarşı 17 ittiham irəli sürüb, daha sonra birini də əlavə edib. O, çox məxfi sənədləri açıqlamaqda ittiham olunur.