Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
Hadisə
11:40 17 dek, 2021
Faktla bağlı araşdırma aparılır
Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb.
Qazet.az Report-a istinadən xəbər verir ki, körpənin su quyusuna bir neçə gün əvvəl düşdüyü ehtimal edilir.
Amma hələlik hadisənin təfərrüatı məlum deyil.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.