Bakı 7˚C Intermittent clouds

Ata oğlu ilə eyni universitetə qəbul oldu

Xəbərlər 10:10 30 avq, 2022
Ata oğlu ilə eyni universitetə qəbul oldu

Türkiyədə yaşayan ata və oğul universitetə imtahan verərək eyni fakültənin tələbəsi olublar.

Qazet.az türk mediasına istinadən xəbər verir ki, eyni universitetdə təhsil alacaq ata və oğul Humanitar və sosial elmlər fakültəsinin Tarix şöbəsində birlikdə təhsil alacaqları üçün həyəcanlı olduqlarını bildiriblər.

Uzun illər jurnalistika ilə maraqlanan, araşdırmaçı yazar və Bayburt tarixi ilə bağlı araşdırmaları ilə tanınan 71 yaşlı Veysəl Gezgin xəyalını qurduğu Tarix fakültəsində 4 il övladlarının ən kiçiyi Mürsəl Yusuf Yavaşla eyni sıraları paylaşacaq.