Bakı 27˚C Showers

Atalığının zorladığı 11 yaşlı qız anası ilə birlikdə sığınacağa yerləşdirilib

Gündəm 16:06 02 noy, 2021

Hazırda istintaq davam edir

Atalığının zorladığı 11 yaşlı qız anası ilə birlikdə sığınacağa yerləşdirilib

İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qız anası ilə birlikdə Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib.

Qazet.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib.

Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.