Atəşkəsdən sonra minaya düşərək həlak olanların sayı açıqlanıb
Gündəm
16:25 09 dek, 2021
10 noyabr 2020-ci ildən bu günə 7 hərbi qulluqçu, 29 mülki şəxs minaya düşərək həlak olub.

İşğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olanların və xəsarət alanların sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixindən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.
109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.