Bakı 3˚C Showers

ATƏT-dən sərhəddəki təxribatla bağlı çağırış

Siyasət 17:53 15 sen, 2022
ATƏT-dən sərhəddəki təxribatla bağlı çağırış

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Pere Xuan Pons Ermənistan-Azərbaycan sərhədində dərhal və davamlı atəşkəsin elan edilməsi ilə bağlı beynəlxalq çağırışlara qoşulub.

Qazet.az xəbər verir ki, bu barədə ATƏT PA-nın Mətbuat Xidməti məlumat yayıb.

“Asambleya Ermənistan və Azərbaycan sərhəddində baş verən silahlı toqquşmaları böyük narahatlıqla izləyir. Döyüşlər dayandırılmalı və hər iki ölkə hərtərəfli sülh müqaviləsi bağlamaq üçün konstruktiv danışıqlar yoluna qayıtmalıdır”, - o bildirib.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti davam edən toqquşmaların son iki ildə əldə edilən irəliləyişlərə xələl gətirməklə yanaşı, həm də insan itkisinə səbəb olduğunu vurğulayıb.