ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib
Siyasət
15:02 04 noy, 2021
tefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.
Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib.
Qazet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin saytında məlumat verilib.
Bildirilib ki, Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.
Qeyd edək ki, S. Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.
Xatırladaq ki, yeni təyinata qədər B. Rokfeyl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsul olub. 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.