ATƏT sədri: Avropa müharibə riski ilə üz-üzədir!
Gündəm
22:47 13 yan, 2022
"Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik. Ukrayna ətrafındakı münaqişənin dinc yolla həllinə diqqət yetirməliyik"
Avropa son 30 il ərzində ən böyük müharibə riski ilə üzləşib.
Qazet.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.
Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb:
"Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik. Ukrayna ətrafındakı münaqişənin dinc yolla həllinə diqqət yetirməliyik", - polşalı nazir qeyd edib.