Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Tehrana səfər edib
Gündəm
11:16 23 noy, 2021
Bu gəliş Rafael Mariano Qrossinin Tehrana ikinci səfəridir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbərinin bugün İranın 13-cü hökumətinin bir sıra üzvləri ilə görüşü nəzərdə tutulub.
Qazet.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi rəhbərlik etdiyi heyətlə İran rəsmiləri ilə danışıqlar aparmaq üçün dünən axşam Tehrana gəlib.
Görüşdə bir sıra mühüm məsələlərin müzakirəsi ilə yanaşı İranın Atom Enerjisi Təşkilatı ilə AEBA arasında müəyyən çərçivədə təmasların qurulması əsas məsələlərdən olacaq.
Rafael Mariano Qrossi günortadan əvvəl İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami, daha sonra İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan ilə görüşəcək.