Bakı 23˚C Windy

Auditorlar Palatasında struktur islahatları həyata keçirilib

Biznes 14:50 03 fev, 2022

İnformasiya İdarəsinin tərkibində Haqsız Rəqabətə Qarşı Mübarizə Şöbəsi yaradılıb

Auditorlar Palatasında struktur islahatları həyata keçirilib

Auditorlar Palatasının Auditin Hüquqi Tənzimlənməsi, Dempinqə Qarşı Mübarizə və Keyfiyyətin Yüksəldilməsi İdarəsi ləğv edilib.

Qazet.az xəbər verir ki, onun yerinə Auditin Hüquqi Tənzimlənməsi və Dövlət Orqanları İlə İş İdarəsi, eləcə də Palatanın Auditin Təşkili, Hesabatlılıq və İnformasiya İdarəsinin tərkibində Haqsız Rəqabətə Qarşı Mübarizə Şöbəsi yaradılıb.

Yeni idarəyə rəhbərlik ləğv edilmiş idarənin rəhbəri Elnur İbrahimova, yeni şöbəyə rəhbərlik isə Rövşən Cəfərliyə həvalə olunub.

Həmçinin Palatanın Auditin İnnovativ İnkişafı və Operativ Tənzimləmə İdarəsi idarəsinin adı Auditin İnnovativ İnkişafı, Operativ Tənzimləmə və Keyfiyyətin İdarə Edilməsi İdarəsinə dəyişdirilib. İdarəyə rəhbərlik Qoşqar Əhmədova tapşırılıb.

 

mənbə