Bakı -11˚C Rain and snow

Avarçəkmə üzrə test yürüşləri keçirilib

Gündəm 13:25 05 dek, 2022
Avarçəkmə üzrə test yürüşləri keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Xəzər dənizində test yürüşü keçirib.

AKAF-dan Qazet.az-a verilən məlumata görə, qurum yaxın gələcəkdə dənizdə avarçəkmə üzrə müxtəlif təlim-məşq toplanışları və yarışların təşkilini planlaşdırır.

Bildirilib ki, paytaxt Bakıda əhalinin daha çox yaşadığı nəzərə alınaraq, bu addım gələcəkdə milli komandanın formalaşdırılmasında da mühüm rol oynayacaq.

Qeyd edək ki, Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu illərin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. O dövrdə Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini dənizkənarı bulvardan müşahidə etmək mümkün olub.