Avrasiya Hökumətlərarası Şurasının iclası İrəvanda keçiriləcək
Gündəm
00:41 13 okt, 2022
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının 2022-ci il oktyabrın 20-21-də İrəvanda keçiriləcək iclas haqqında qərar imzalayıb.
Qazet.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Bundan əvvəl Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının geniş formatlı sessiyası zamanı Avrasiya Hökumətlərarası Şurasının növbəti sessiyasının 2022-ci ilin oktyabrında İrəvanda keçirilməsi qərara alınıb.