Bakı 0˚C Mostly cloudy

AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

İdman 20:50 13 dek, 2022
AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

Futbol üzrə Almaniya millisinin 2024-cü il Avropa çempionatına hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb.

Qazet.az Almaniya Futbol Federasiyasının (DFB) rəsmi saytına istinadən xəbər verir ki, komitədə 5 nəfər - Karl-Haynts Rummenigge, Oliver Kan, Rüdi Föller, Mattias Zammer və Oliver Mintslaff yer alıb.

DFB prezidenti Bernd Neyendorfun sözlərinə görə, qrupun missiyası yığmaya Almaniyada keçiriləcək AVRO-2024-ə hazırlaşmağa kömək etməkdir.

Qeyd edək ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsini 3-cü pillədə başa vuraraq mübarizəni dayandırıb.