Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) avrokuboklarda ən çox qol vuran afrikalı futbolçuların siyahısını açıqlayıb.
Qazet.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıya ən az 29 qol vurmuş 9 futbolçu daxil edilib.
Onların qitənin müxtəlif turnirlərinin həm təsnifat, həm də əsas mərhələlərində vurduqları bütün qollar nəzərə alınıb.
Siyahıya “Liverpul”un hücumçusu Məhəmməd Salah başçılıq edir. Misirli forvard Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Ayaks”la oyunda fərqlənməklə avrokuboklarda ümumilikdə 51-ci qoluna imza atıb.
2013-cü ildə avrokuboklarda debüt edən Salah qollarının 7-ni “Bazel”, 1-ni “Fiorentina”, 3-nü “Roma”, 40-nı isə “Liverpul”un heyətində vurub.
O, bu nəticə ilə Fil Dişi Sahili yığmasının sabiq hücumçusu Didye Droqbanı geridə qoyub. “Çelsi”, “Marsel” və “Qalatasaray”ın heyətində qitənin ən nüfuzlu turnirində çıxış etmiş futbolçu ümumilikdə 50 qol vurub.
“İlk üçlüy”ü kamerunlu Samuel Eto`o qapayır. 1999-2015-ci illərdə avrokuboklarda çıxış etmiş forvard 48 dəfə rəqiblərini məyus edib.
Futbolçu |
Dövr |
Ölkəsi |
Qollar |
ÇL-T |
ÇL |
AL-T |
AL |
KK |
İT |
SK |
Oyun sayı |
|
1 |
Məhəmməd Salah |
2013- |
Misir |
51 |
4 |
42 |
5 |
115 |
||||
2 |
Didye Droqba |
2003-2015 |
Fil Dişi Sahili |
50 |
44 |
6 |
102 |
|||||
3 |
Samuel Eto'o |
1999-2015 |
Kamerun |
48 |
3 |
30 |
5 |
10 |
113 |
|||
4 |
Pyer-Emerik Obameyanq |
2009- |
Qabon |
42 |
17 |
3 |
24 |
92 |
||||
5 |
Corc Vea |
1988-2000 |
Liberiya |
35 |
1 |
13 |
13 |
8 |
62 |
|||
6 |
Sadio Mane |
2013- |
Seneqal |
35 |
27 |
2 |
4 |
2 |
82 |
|||
7 |
Benni Makkarti |
1997-2008 |
Cənubi Afrika |
32 |
9 |
15 |
8 |
76 |
||||
8 |
Frederik Kanute |
1997-2012 |
Mali |
31 |
2 |
7 |
1 |
19 |
1 |
1 |
70 |
|
9 |
Seydu Dumbiya |
2008-2018 |
Fil Dişi Sahili |
29 |
4 |
15 |
4 |
6 |
50 |
Abbreviaturalar:
ÇL = Çempionlar Liqası
ÇL-T = Çempionlar Liqası, təsnifat
AL = Avropa Liqası
AL-T = Avropa Liqası, təsnifat
KK = Kuboklar Kuboku
İT = İntertoto Kuboku
SK = Super Kubok