Bakı 6˚C Sunny

Avroliqada pley-offun ilk 8 iştirakçısı müəyyənləşdi

İdman 09:15 03 noy, 2022
Avroliqada pley-offun ilk 8 iştirakçısı müəyyənləşdi

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulmaqla turnirdən Avropa Liqasına gedən son 3 iştirakçı da məlum olub.

Qazet.az xəbər verir ki, bunlar "Zalsburq" (Avstriya), "Şaxtyor" (Donetsk, Ukrayna) və İtaliya "Yuventus"udur.

Bu komandalar qrupu 3-cü pillədə başa vurmaqla Avropa Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıblar.

Çempionlar Liqasından Avropa Liqasının pley-offuna düşən 8 komanda

"Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zalsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya).

ÇL-dən Avropa Liqasına düşən 8 komanda AL-də öz qruplarında 2-ci yeri tutanlarla görüşəcək. Onların sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da ola bilər. AL-dəki qrup ikincilərinin hamısının adına bu gün keçiriləcək 6-cı turun matçlarından sonra aydınlıq gələcək.