Bakı 5˚C Cloudy

Avropa Belarus ilə sərhədlərini qorumağı planlaşdırır

Siyasət 12:28 08 okt, 2021

Sənəddə "miqrantların siyasi məqsədlər üçün istifadə edilməsi" halı qəti şəkildə qınanıb.

Avropa Belarus ilə sərhədlərini qorumağı planlaşdırır

Belarusdan olan qeyri -qanuni miqrantların Avropa sərhədini keçməsinin qarşısını almaq üçün Avropa İttifaqı sərhədlərini qorumağı planlaşdırır.

Qazet.az Tass agentliyinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının üzvləri, Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında qəbul etdiyi qətnamədə qərarlaşdırıb. 

Sənəddə Avropa Parlamenti Litva, Polşa və Latviya, eləcə də digər Avropa İttifaqı ölkələri ilə həmrəy olaraq, Belarus hökumətinin son zamanlar çoxlu sayda qeyri-qanuni miqrantı Avropa İttifaqı sərhədlərinə keçməsinə rahatlıq yaratması ilə bağlı birgə çalışacağı qeyd olunub.

Sənəddə "miqrantların siyasi məqsədlər üçün istifadə edilməsi" halı qəti şəkildə qınanıb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.