Avropa Birliyi data mərkəzləri kosmosda yerləşdirmək istəyir
Gündəm
08:00 21 noy, 2022
Avropa Birliyi iqlim dəyişiklikləri ilə daha effektiv şəkildə mübarizə aparmaq üçün məlumatların emalı mərkəzlərini (data mərkəzlər) kosmosa göndərmək istəyir.
Qazet.az xəbər verir ki, bu layihə ilə Thales Alenia Space adlı şirkət məşğul olacaq. Sözügedən şirkət aerokosmik məhsulların istehsalı ilə məşğul olur. Məlumatların həcmlərinin yüksəlməsi bütün dünyada yeni data mərkəzlərinin istifadəyə verilməsinə gətirib çıxarır. Bu isə öz növbəsində ekologiyaya ciddi təsir göstərir. Bu səbəbdən də Avropa Birliyi gələcək data mərkəzlər üçün alternativ variantlar axtarışındadır. Bu üsulla qlobal istiləşməni aşağı salmaq planlaşdırılır. ASCEND adlı təşəbbüs çərçivəsində data mərkəzlərin kosmosda yerləşdirilməsi imkanı detallı şəkildə araşdırılacaq.