“Avropa bizdən öyrənməlidir” - Deputat
Bunu Milli Məclisin komitələrinin birgə iclasında millət vəkili Eldar İbrahimov söyləyib
“Başqa vaxt deyirdik ki, nə olardı, büdcədə kənd təsərrüfatına 500 milyon manat ayrılardı. İndi görün hansı səviyyəyə çatmışıq ki, 2022-ci ilin dövlət büdcə layihəsində kənd təsərrüfatına 1 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur”.
Qazet.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, Azərbaycan Avropaya nümunə olmalıdır:
“Azərbaycan yeni nəsil müharibə apardı. Ölkədə tikinti, quruculuq işləri gedir, islahatlar aparılır. Avropa bizdən öyrənməlidir, görün nə qədər xəstəxana, məktəb tikilir”, - deyə Eldar İbrahimov əlavə edib.
Eldar İbrahimov qeyd edib ki, büdcədən parlamentin İntizam Komissiyası üçün də xərclərin nəzərdə tutulması lazımdır.