Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb
İdman
15:25 26 noy, 2021
Eyni zamanda öz taxtasında birinci yeri tutan kişilərdən ibarət komandanın üzvü Nicat Abbasov təltif olunub
Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış qadınlardan ibarət Azərbaycan millisi mükafatlandırılıb.
Qazet.az xəbər verir ki, mükafatlandırma Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Eyni zamanda öz taxtasında birinci yeri tutan kişilərdən ibarət komandanın üzvü Nicat Abbasov təltif olunub.