Bakı 25˚C Sunny

Avropa əhalisi ayağa qalxdı: Karantin qaydalarına qarşı aksiyalar

Gündəm 12:38 22 noy, 2021

Belçikanın paytaxtı Brüsseldə, Hollandiya və Avstriyanın bir sıra şəhərlərində, Fransız Qvadalupadasında polislə etirazçılar arasında toqquşmalar olub

Avropa əhalisi ayağa qalxdı: <span style="color:red">Karantin qaydalarına qarşı aksiyalar</span>

Bir sıra Avropa şəhərlərində və Fransanın Karib dənizindəki ərazilərində başlayan karantin qaydalarının yeni tətbiqinə qarşı etiraz aksiyalarında etirazçılarla polislər arasında şiddətli toqquşmalar baş verib.

Qazet.az "TRTWorld"-ə istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Aksiyalar Belçikanın paytaxtı Brüsseldə, Hollandiya və Avstriyanın bir sıra şəhərlərində və Fransanın Qvadalupada adasında baş tutub.

Qeyd edək ki, əhalinin yüksək səviyyəli peyvəndlərlə təmin olunmasına rəğmən hökumətlər qaydaları yenidən sərtləşdirmək qərarına gəlib. Bu isə etiraz dalğasına səbəb olub.