Bakı 32˚C Partly sunny

Avropa Gürcüstanın COVİD-19 pasportlarını tanıdı

Gündəm 22:55 15 noy, 2021

Gürcüstanla yanaşı, Avropa Komissiyası Moldova, Serbiya və Yeni Zelandiyanın da COVİD-19 sertifikatlarını tanıyıb.

Avropa Gürcüstanın COVİD-19 pasportlarını tanıdı

Avropa Komissiyası Gürcüstanın COVİD-19 pasportlarını tanıyıb.

Qazet.az xəbər verir ki, bu barədə müvafiq sənəd Avropa Komissiyasının rəsmi saytında dərc olunub.

Qərara əsasən, tam peyvənd kursu sertifikatı olan Gürcüstan vətəndaşları Avropa İttifaqının ərazisində hərəkət edə biləcəklər.

Gürcüstanla yanaşı, Avropa Komissiyası Moldova, Serbiya və Yeni Zelandiyanın da COVİD-19 sertifikatlarını tanıyıb.