Bakı 24˚C Windy

Avropa İttifaqı qlobal çip istehsalında payını 20%-ə çatdırmaq istəyir

Biznes 18:47 08 fev, 2022

Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib

Avropa İttifaqı qlobal çip istehsalında payını 20%-ə çatdırmaq istəyir

"2030-cu ilə qədər qlobal çip istehsalında Avropa İittifaqı (Aİ) ölkələrinin payını 9%-dən 20%-ə çatdırmağı hədəfləyirik".

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Onun sözlərinə görə, bunun üçün yaxın 8 il ərzində özəl sektor çip istehsalına 15 milyard investisiya qoyacaq. Aİ-na üzv ölkələr isə əlavə olaraq çip istehsalna 30 milyard avro dövlət investisiyası yatırmağı planlaşdırır.

"Bu gün çiplər qlobal texnologiya yarışının mərkəzində dayanır. Koronavirus (COVID-19) pandemiyası çip tədarükündəki problemləri üzə çıxarıb. Qlobal səviyyədə çip çatışmazlığı iqtisadiyyatın bərpasını ləngidib", - deyə o, qeyd edib.