Bakı 5˚C Intermittent clouds

Avropa İttifaqı Rusiya Parlamentini tanımaya bilər

Gündəm 17:44 16 sen, 2021

Bu barədə Tass agentliyi məlumat yayıb.

Avropa İttifaqı Rusiya Parlamentini tanımaya bilər

Avropa Parlamenti Avropa İttifaqı orqanlarını Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməyə çağıran hesabatı təsdiqləyib. Strazburqda keçirilən plenar iclasda 494 parlament üzvü hesabatın lehinə səs verib, daha 103 nəfər əleyhinə səs verdiyi halda 72 nəfər isə bitərəflik nümayiş etdirib.

Qazet.az xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb.

Hesabatda "Aİ -nin 2021 -ci ildə Rusiyada keçiriləcək parlament seçkilərinin saxtalaşdırılacağı və demokratik prinsiplərə, həmçinin beynəlxalq hüquqa zidd olaraq keçiriləcəyi təqdirdə Rusiya Parlamentini tanımamağa hazır olmasının lazım olduğu" bəndi də əlavə olunub.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.