Bakı 19˚C Intermittent clouds

Avropa İttifaqı Şurasının Prezidenti Rusiyaya xəbərdarlıq edib

Gündəm 19:28 13 yan, 2022

Şarl Mişel həmçinin Minsk razılaşmalarını dəstəklədiyini söyləyib

Avropa İttifaqı Şurasının Prezidenti Rusiyaya xəbərdarlıq edib

“Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz buna çox fəal və qətiyyətlə cavab verəcəyik”.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel söyləyib.

“Biz prosesləri çox yaxından izləyirik. Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq”, - o bildirib.

Şarl Mişel həmçinin Minsk razılaşmalarını dəstəklədiyini söyləyib.