“Avropa İttifaqı Ukraynanın ən yaxın dostudur” - Şarl Mişel
Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter" hesabında bildirib
“Avropa İttifaqı (Aİ) Ukraynanın ən yaxın dostudur”.
Qazet.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, bu gün Kiyevdə keçirilən Aİ-Ukrayna Sammiti tərəflər arasında tərəfdaşlığı daha da dərinləşdirəcək.
Ş. Mişel 2017-ci ildən bəri Ukraynadan Aİ-yə 50 milyondan çox vizasız səfərin baş tutduğun qeyd edib: “Bu gün imzalanacaq Ukrayna-Avropa İttifaqı “Ümumi Aviasiya Məkanı Sazişi” ilə ucuz hava yolları şirkətləri üçün bazar açılacaq və nəticədə mübadilə və ziyarətlər üçün daha çox imkanlar yaranacaq”.
Xatırladaq ki, Sammit çərçivəsində Aİ Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevdə səfərdədir.