Bakı -11˚C Windy

Avropa İttifaqından Rusiyaya ZƏRBƏ

Xəbərlər 02:20 01 sen, 2022
Avropa İttifaqından Rusiyaya ZƏRBƏ

Avropa İttifaqı (Aİ) Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandıracaq.

Qazet.az “Reuters”-ə istinadən xəbər verir ki, sözügedən qərarı Macarıstanın xarici işlər naziri Peter Szijarto açıqlayıb.

“Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini ləğv edəcək. Üzv ölkələrin kifayət qədər çoxluğu bunun üçün toplaşıb, bugünkü çıxışlardan da aydın oldu. Ancaq nəticə ondan ibarətdir ki, ruslar üçün vizalara ümumi qadağa olmayacaq”, - nazir bildirib.

Sadələşdirilmiş rejimin ləğvi viza üçün müraciət prosedurunun dəyişdirilməsi demək olacaq. Aİ vizalarına müraciət edən ruslar daha çox sənəd toplamalı olacaqlar. Bundan əlavə, ərizələrə baxılma müddəti uzadılacaq və belə ərizənin verilməsinin dəyəri 35 avrodan 80 avroya qədər artacaq.