Bakı 3˚C Dreary

Avropa İttifaqının maliyyə dəstəyilə ölkədə nar zavodu açılıb

Eksklüziv 13:15 16 dek, 2022
Avropa İttifaqının maliyyə dəstəyilə ölkədə nar zavodu açılıb

Avropa İttifaqının maliyyə dəstəyi hesabına qurulmuş mini zavodun rəsmi açılışı olub.

Qazet.az xəbər verir ki, Kürdəmirdə açılışı olan zavodda Qonaqlar yaradılan şəraitlə tanış olub, nar şirələrinin dadına baxıb.

Ardınca STEP layihəsinin benefisiarları ilə qısa görüş keçirilib.

Zavodun açılışında giriş nitqini Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov edib.

O, Azərbaycanla bu sahədə görülən işlərdən danışıb:

""Burada Nar şirə zavodunun açılışında iştirak edirsiniz. Aİ olaraq belə tədbirlərin həyata keçirilməsində yerli hakimiyyətin olması olduqca vacibdir. Kiçik nar istehlakçilarını dəstəkləyirik, dəstəklədiyimiz benefisiarları yararlandığı emal müəssisəsinin açılışını edirik. Bu layihə mütəxəsissləri ilə müzakirələr aparıldıq. Layihə çərçivəsində uğurlu nailiyyətlər əldə olunub. Layihə Azərbaycanın Mərkəzi Aran ərazisində 7 rayonun 3 kəndində 1500 nar istehsalçısını əhatə edir. Bunun regionlarda keçirilməsi Aİ üçün böyük əhəmiyyət kəsb edir. Benefisiarlar layihə çərçivəsində aqrotexnika ilə yeni bacarıqlar əldə ediblər. Onların bağlarının məhsuldarlıq dərəcəsi artıb. Kürdəmirə gələrkən yolun sol kənarıda qurumuş nar kollarını görmək bizi məyus etdi. Bu su qıtlığından və iqlim dəyişməsindən xəbər verir. Eyni zamanda Aİ olaraq iqlim dəyişməsinə qarşı yeni layihə mexanizmi tətbiq edəcəyik. Bu hal turizm sahəsinə də ciddi təsir göstərir. Layihədə iştirak edən nar istehsalçıları sertifikatlar almışlar. Burada istehsal olunan nar şirələri Avropa bazarlarındakı rəqabətə baxmayaraq satılmaqdadır. Azərbaycan narı qeyri-adi dada malikdir.Olduqca yaxşı ətri və görünüşü ilə fərqlənir".

Həmçinin, tədbirin açılışında Kürdəmir rayonunun icra başçısı Elxan İbrahimov nitq söyləyib.

O, görülən işlər barədə danışıb:

"Kürdəmiri vətəndaşlarımız isti, quraq şəraiti ilə tanıyırlar. El arasında Kürdəmirlə bağlı bir çox zarafatlar var. Kürdəmir çox münbit torpağa malikdir. Burada böyük əkin sahələri mövcuddur, meyvə bağları salınıb. Rayonda 15 min hektar ərazidə taxılçılıq və pambıqçılığın inkişafı davam etdirilir. Son illər ölkədə kənd təsərrüfatı sahəsində uğurlu islahatlar həyata keçirilir, güclü mütəxəsisslər yetişdirilir. Dünyada gedən siyasi proseslər göstərdi ki, ölkə üçün ərzaq təhlükəsizliyi nə dərəcədə vacibdir. Bununda əsasında inkişaf etmiş kənd təsərrüfatı dayanır. Bu nar zavodu istehsalçıların fəaliyyətində böyük fayda verəcək. Bununla bağlı təşkilatçılara təşəkkür edirəm".