Bakı 9˚C Windy

Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

İdman 11:37 25 dek, 2022
Avropa klublarının Ronaldunun transferindən imtina etməsinin səbəbləri açıqlanıb

UEFA Çempionlar Liqasında çıxış edən bir sıra Avropa klublarının Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun trasferindən imtina etməsinin səbəbləri bəlli olub.

Qazet.az "The Times"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun noyabrın sonunda "Mançester Yunayted"i qalmaqallı şəkildə tərk etməsi əsas səbəb kimi göstərilib.

Təcrübəli oyunçunun Qətərdəki dünya çempionatı zamanı yığmada əsas heyətdəki yerini itirməsi də burada rol oynayıb.

Klublar forvardın yaşını və maaş tələblərini nəzərə aldıqdan sonra keçidin ağlabatan olmadığını düşünüblər.

Qeyd edək ki, Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalayacağı gözlənilir.