Bakı 13˚C Mostly sunny

Avropa komandalarının top reytinqi

İdman 13:33 05 yan, 2023
Avropa komandalarının top reytinqi

Avropanın top komandalarının 2023-cü il üçün ilk reytinqi açıqlanıb.

Qazet.az xəbər verir ki, siyahıda  qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycanın üç komandası siyahıya daxil edilib. Ən yaxşı təmsilçimiz “Qarabağ” 213 xalla 80-cidir. 

Bir pillə geriləyən “Neftçi” 33 xalla qitədə 229-cudur. Daha çox – 9 addım aşağı yuvarlanan “Qəbələ” 5 xala 397-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2397 xal ilə “Real” başçılıq edir.