Avropa ölkəsi qarışdı: 10 min insan küçələrdə
Gündəm
23:52 09 okt, 2021
10 min insan küçələrdə
İtaliyanın paytaxtı Romada karantin qaydalarına qarşı etiraz aksiyası keçirilib.
Qazet.az axar.az-a istinadən xəbər verir ki, polislə nümayişçilər arasında baş verən toqquşmalar zamanı etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilib.
Hadisə zamanı 2 nümayişçi xəsarət alıb.
Qeyd edək ki, təxminən 10 min adamın qatıldığı aksiyada ultra sağçı "Nyu Force" (Forza nuova) partiyasının tərəfdarları da iştirak edib.