Avropa ordusu hələlik gündəmdə deyil - AB
Cəmiyyət
21:13 20 sen, 2021
“Hazırkı fəaliyyətimiz daha çox üzv ölkələrin mövcud imkanlarının inkişaf etdirilməsinə, müdafiə sənayelərinin gücləndirilməsinə və tərəfdaşlarımızla çalışmalarımızın artırılmasına yönəlib”
Avropa ordusu hazırda gündəmdə deyil.
Qazet.az xəbər verir ki, bunu Avropa Birliyinin rəsmi nümayəndəsi Nabila Massrali deyib.
"Hazırkı fəaliyyətimiz daha çox üzv ölkələrin mövcud imkanlarının inkişaf etdirilməsinə, müdafiə sənayelərinin gücləndirilməsinə və tərəfdaşlarımızla çalışmalarımızın artırılmasına yönəlib", - Massrali bildirib.