Bakı 22˚C Showers

Avropa Regional Məsləhətləşmələri keçirilib

Siyasət 17:33 07 noy, 2022
Avropa Regional Məsləhətləşmələri keçirilib

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) rəsmiləri arasında ÜGT-nin modernləşdirilməsi mövzusunda Virtual Avropa Regional Məsləhətləşmələri keçirlib.

Bu barədə Qazet.az-a Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, fəaliyyət və təsirin qiymətləndirilməsi, ÜGT layihələrinin idarə olunması, ÜGT-nin regional qurumları, İnsan resurslarının idarəedilməsi, donorların maliyyələşdirilməsi siyasəti və maliyyə davamlılığı və digər mövzularda təqdimatlar nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.