Bakı 3˚C Mostly sunny

Avropa “Şimal axını” təxribatından sonra mühafizəni gücləndirir

Gündəm 20:26 06 okt, 2022
Avropa “Şimal axını” təxribatından sonra mühafizəni gücləndirir

Avropa Komissiyası Avropa İttifqanının mühüm infrastrukturunun fəaliyyətinin təkmilləşdirilməsi planının bir hissəsi kimi sualtı internet kabellərinin mühafizəsini gücləndirəcək.
 

Qazet.az  xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib.

"Kritik infrastrukturun daha yaxşı qorunub saxlanması bütün avropalıların marağındadır", - deyə Ursula von der Leyen bildirib.

Avropa Komissiyasının sədri, həmçinin Avropa infrastrukturunun zəif tərəflərinin müəyyən edilməsini və kritik obyektlərin istismarında nasazlıqlar halında görüləcək tədbirlər planının hazırlanmasını tələb edib.

Bundan əvvəl Almaniya polisi bildirib ki, “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində baş verən qəzalar “məqsədli təxribatın” nəticəsidir. Həmçinin qaz kəmərlərinə, LNG terminallarına, elektrik xətlərinə və dənizin dibindən çəkilmiş internet kabellərinə yönələ biləcək yeni təxribat riski də qeyd edilib.