Avropa Şurası iqtisadiyyat və müdafiə sahəsində daha geniş müstəqillik tələb edir
“Beynəlxalq aləmdə daha təsirli və iddialı olmaq üçün Avropa Birliyinin müstəqil fəaliyyət göstərmək qabiliyyətini artırması lazımdır"
"Avropa Birliyinin iqtisadiyyat və müdafiə kimi həyati əhəmiyyətli sektorlarda avtonom fəaliyyət göstərmək səlahiyyətlərini genişləndirməlidir."
Qazet.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Çarlz Mişel, qeyri -rəsmi Aİ sammitinin ilk gününün nəticələrini yekunlaşdırarkən verdiyi açıqlamada deyib.
“Beynəlxalq aləmdə daha təsirli və iddialı olmaq üçün Avropa Birliyinin müstəqil fəaliyyət göstərmək qabiliyyətini artırması lazımdır.”
Həmçinin, Çarlz Mişel bildirib ki, Aİ "enerji, kiber təhlükəsizlik, sənaye siyasəti, ticarət və vahid bazarı gücləndirmək kimi sahələrdə asılılıqları azaldaraq dayanıqlılığa nail olacaq.
"Oktyabr ayından başlayaraq bu mövzulara Avropa Şurasında mütəmadi olaraq toxunacağıq" deyə prezident vurğulayıb.
-