Bakı -7˚C Cloudy

Avropa Şurası mexanizmləri daxili işlərə qarışmaq üçün istifadə olunan - Rusiyalı diplomat

Siyasət 18:27 29 sen, 2021

“Xüsusən də sosial sahədə əməkdaşlığın sırf insan hüquqları gündəmi ilə əvəz olunduğunu görürük”

Avropa Şurası mexanizmləri daxili işlərə qarışmaq üçün istifadə olunan - <span style="color:red">Rusiyalı diplomat</span>

Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Haqları Departamentinin direktoru Rinat Alyautdinov bildirib ki, Avropa Şurası Rusiyanın 25 illik üzvlüyü ərzində yaxşılığa doğru dəyişməyib. Həmçinin o vurğulayıb ki, təşkilatın mexanizmləri dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə olunur.

Qazet.az xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb.

"İllər keçdikcə işlər müsbətə doğru dəyişməyib. Müxtəlif sahələrdə, xüsusən də sosial sahədə əməkdaşlığın sırf insan hüquqları gündəmi ilə əvəz olunduğunu görürük. Strasburq ölkələrin suveren işlərinə qarışmaq üçün istifadə olunur" deyə rusiyalı diplomat Rusiyanın Avropa Şurasına üzvlüyünün 25 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.