Avropada avtomobil satışı avqustda 20 %-ə yaxın azalıb
Gündəm
17:50 16 sen, 2021
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % azdır
Bu ilin avqust ayında Avropa İttifaqı (Aİ) ölkələrində 623 min ədəd yeni avtomobil satılıb.
Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % azdır.
O cümlədən, ötən ay avtomobil satışı İspaniyada 28,9 %, İtaliyada 27,3 %, Almaniyada 23 %, Fransada isə 15 % azalıb.
Hesabat dövründə “Stellantis”in (keçmiş "Fiat" və PSA) satışlarında 29,7 %, “Volkswagen Group”un satışlarında 15,9 %, “Renault” qrupunun satışlarında isə 20,6 % azalma olub.
2021-ci ilin yanvar-avqust aylarında isə avropalılar 6,8 milyon ədəd yeni avtomobil alıb ki, bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur.