Bakı 26˚C Mostly cloudy w/ showers

Avropada ən çox və ən az siqaret çəkən ölkələr - STATİSTİKA

Maraqlı 12:35 18 noy, 2021

Avropada ən çox Bolqarıstanda, ən az isə İsveçdə siqaret çəkirlər

Avropada ən çox və ən az siqaret çəkən ölkələr - <span style="color:red">STATİSTİKA</span>

Avropa Statistika Agentliyi siqaretdən istifadəyə görə Aİ ölkələrinin reytinqini açıqlayıb.

Qazet.az xəbər verir ki, Aİ ölkələri arasında ən çox siqareti Bolqarıstan vətəndaşları çəkir. Bu ölkədə əhalinin 28,7 faizi tütün məmulatından istifadə edir.

İkinci sırada isə 23,6 faizlə Yunanıstan qərarlaşıb. İlk “üçlüy”ü isə 22,1 faizlə Latviya qapayır.

Almaniya (21,9 faiz) dördüncü, Xorvatiya (21,8 faiz) isə beşincidir.

Aİ ölkələri arasında ən az siqaret çəkənlər isə İsveçdədir (6,4 faiz). Bu reytinqdə Finlandiya 9,9 faizlə ikinci, Lüksemburq isə 10,5 faizlə üçüncüdür. Portuqaliya (11,5 faiz) dördüncü, Danimarka (11,7 faiz) isə reytinq cədvəlində beşinci pillədədir.

Mənbə