Bakı 6˚C Sunny

Avropada “Qarabağ” - Liqadan liqaya - FOTOREPORTAJ

İdman 11:30 04 noy, 2022
Avropada “Qarabağ” -  Liqadan liqaya -  FOTOREPORTAJ

“Qarabağ” futbol klubu ötən gecə UEFA Avropa Liqasında “Frayburq”a qarşı keçirdiyi son oyunla qrup mərhəsini başa vurdu. Azərbaycanın Avropa turnirində yeganə təmsilçisi keçirdiyi hər bir oyunda rəqibdən asılı olmayaraq öz sözünü deməyi bacardı, oyunu diktə edə bildi. Ancaq yekunda bəxtsizlik və bəzi xırda məqamlar bizi Avropa Liqasının 1/16 final mərhələsindən kənarda saxladı. Komanda Bakıda Almaniya klubuna qarşı əldə etdiyi 1:1 hesablı heç-heçə Ağdam təmsilçisinin 8 xalla qrupda 3-cü olmasına gətirib çıxardı. Yekunda “Qarabağ” yoluna UEFA Konfrans Liqasında davam edəcək.

Qazet.az-ın idman jurnalisti Azad Nuriyev "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki çıxışı ilə bağlı təhlil yazısını sizə təqdim edir.

“Frayburq”la başladıq, “Frayburq”la bitirdik...

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi ilə sözün əsl mənasında ləyaqətlə vidalaşdı. Keçirdiyi 6 oyunun hər birində baxımlı futbol göstərən komanda klubu tanımayan avropalı azarkeşləri belə təəccübləndirməyi və rəğbətini qazanmağı bacardı. Statistika belə buna bariz nümunə, tutarlı sübutdur. UEFA-nın hər 5 statistik göstəricisinin 4-də “Qarabağ”ın komanda səviyyəsində və ya ayrı-ayrılıqda hər hansı bir oyunçunun adı hallanır. Qrupun püşkatma mərhələsindən sonra artıq buranın aşkar favoritinin “Frayburq” olduğunu bildirmişdim. Şübhəsiz, Almaniya komandası da özünü doğrultdu. Həm “Bundesliqa”da, həm də Avropa Liqasında inamlı çıxış edən komanda yekunda 14 xalla qrup birincisi oldu. “Qarabağ”ın isə “Frayburq”la başlayan qrup matçları elə “Frayburq”la da başa çatdı. Qrup mərhələsinin icmalına nəzər salsaq bunun “Qarabağ” tarixinə növbəti bir salnamə kimi yazıldığını görə bilərik. Ard-arda keçirdiyi iki mövsümdə avrokuboklarda mükəmməl mövsüm keçirdi. “Frayburq”la ilk oyunda məğlub (2:1) olmasına baxmayaraq “Qarabağ” elə qrup oyunlarının başlanğıcında nəinki Azərbaycan, hətta almaniyalı azarkeş tərəfindən də alqışlandı. Almaniya təmsilçisi isə sözün əsl mənasında öz meydanlarında topsuz qaldıqları üçün təəccüblənmişdilər. Alman ekspertlər belə oyunun ədalətli nəticəsini heç-heçə olduğunu bildirdilər. Əzmkarlıq artıq birinci turdan öz sözünü dedi. Bu oyunla başlayan ruh yüksəkliyi qarşıdakı oyunlar üçün motivasiya oldu. İkinci turda rəqib “Nant” idi. TOP-5 liqa təmsilçilərindən hesab olunan klub avrokuboklarda təcrübəsiz olsa da, “Liqa 1” (Fransa çempionatı) oyunlarında mühüm rəqiblərdəndir. Bununla belə Bakıdakı mükəmməl atmosfer qarşısında aciz qalan “Nant” “köhlən atlar”ın basqısı ilə üzləşdilər. Rəqib oyuna nəzarəti artıq ilk 10 dəqiqədə itirərək bütün 90 dəqiqəni “Qarabağ”ın hücumlarına baxmaqla keçirdi. Yekunda isə 3:0 hesablı parlaq qələbəmiz hətta ölkə başçısının bu qələbəni paylaşmağına, bu qələbədən qürurla danışmasına səbəb oldu. Avropa arenası isə yenə şokda idi. Çünki “Qarabağ” növbəti oyunda da eyni hesabla “Olimpiakos”u məğlub etdi. Rəqibi bu dəfə səfərdə topsuz qoyan “Qarabağ” UEFA turnirlərində böyük təcrübəyə malik kluba qarşı əzmkar oyun göstərdi. Yunanıstanda qazanılan 3, Bakıda qazanılan 1 xal (0:0) həm “Qarabağ”ın növbəti mərhələ üçün şanslarını artırdı, həm də Yunanıstan təmsilçisini qrupda sonuncu etdi. Növbə yenə də “Nant”a gəlib çatdı. Bu dəfə isə Fransada... Burada da parlaq və sürətli oyun Azərbaycan təmsilçisinə xal gətirməyə yaxın olsa da, son dəqiqədə buraxılan qol komandamızın Fransadan əliboş qayıtmasına səbəb oldu (2:1). Hər şey sonuncu tura qaldı. Burada isə bizi qrup favoriti “Frayburq” gözləyirdi. Artıq qrup liderliyini təmin etmiş almanlar üçün bu oyun xal itirməmək baxımından mühüm idi. Tofiq Bəhramov adına Respublika stadionunda isə bu dəfə atmosfer ikiqat möhtəşəm idi. Çünki “Qarabağ” azarkeş qrupu “İmarət Tayfa” ilə yanaşı bu oyunu stadiondan canlı olaraq 600 nəfərə yaxın “Frayburq” azarkeşi də izləyirdi. 90 dəqiqə ərzində hər iki tərəf komandalarına dəstək oldu. İlk dəqiqələrdən penaltidən hesabı açan “Frayburq” son dəqiqədə “Qarabağ”dan buraxdığı qolla Bakıda “sülh” bağlamağa məcbur oldu. Bu nəticədə bizi Avropa Liqasından kənarlaşdırsa da, avrokuboklardan kənarlaşdıra bilmədi. Azərbaycan klubu yoluna UEFA Konfrans Liqasında davam edəcək.

Dadı hələ irəlidədir...

Göstərdiyi əzmkar oyunla UEFA-nın şüarı ilə desək “respect” qazanan komanda təəssüf ki, bəzi hallarda “fair play”dən (ədalətli oyun) uzaq hakim səhvləri ilə üzləşdi. Bununla belə, bu klubun qarşıdakı turda mərhələ adlayacağına bütün Azərbaycan inanır. Çünki, göstərdiyi oyun bu xoş sözləri deməyə layiqdir. Çempionlar Liqası ilə başlayan mübarizə hələ də davam edir. Konfrans Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisini bu liqada öz qrupunun ikincisi olmuş komandalar gözləyir. KL-də “Qarabağ”ın üzləşmək ehtimal olanı 8 komanda bunlardır:

"Fiorentina" (İtaliya),

"Anderlext" (Belçika),

"Lex" (Polşa),

"Partizan" (Belqrad),

"Dnepr-1" (Ukrayna),

"Gent” (Belçika),

"Bazel" (İsveçrə)

ÇFR (Rumıniya) 

Bir mətn şəkili ola bilər

Görünən odur ki, Ağdam təmsilçisini arenada yenə də maraqlı mübarizə gözləyir. Rəqibdən asılı olmayaraq komanda ləyaqətli və parlaq oyun nümayiş etdirəcək. “Qarabağ”ın prezidenti Tahir Gözəl də Konfrans Liqası barədə iddialı danışaraq “İnanıram ki, Konfrans Liqasında öz sözümüzü deyəcəyik. Arzum öncə 1/4 finala, sonra yarımfinala və finala kimi irəliləməkdir” deyə öz çıxışında vurğulayıb. Bu yol azarkeşlər üçün macəra dolu, klub üçün də bir o qədər oyun təcrübəsi artırmaq baxımından möhtəşəm olacaq. Bu 8 rəqib arasında “Fiorentina” “Anderlext”, “Lex”, “Bazel” kimi əvvəlki illərdə qarşılaşdığımız rəqiblər də var. Serbiya klubu “Partizan” isə artıq 1 dəfə “Neftçi” ilə oyunda Bakının qonağı olub. Püşkatma noyabrın 7-si 17:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Konfrans Liqasında “Qarabağ” üçün münasibət və “dadlı” rəqiblər olsa da, komanda burada qarşılacağı həm ev, həm də səfər oyununa soyuqqanlı çıxışları ilə alqışlar qazanacaq, ürəkləri fəth edəcək. Ona görə də, azarkeşlər də məyus olmasın. Dadı hələ irəlidədir...