Avropada qaz qiymətləri yenidən artıb
Xatırladaq ki, dekabrın 21-də Avropada gözlənilən soyuq havalar və yeraltı ehtiyatlarının azalması ilə əlaqədar qazın qiyməti 2194,4 dollar kimi tarixi maksimuma çatdıqdan sonra növbəti günlərdə havaların bir qədər isinməsi, külək elektrik stansiyalarında istehsalın artması, ABŞ-dan LNG idxalı nəticəsində yenidən azalıb.

Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti 19,4% artaraq dekabrın 27-dən bəri ilk dəfə 1 100 ABŞ dollarını keçib.
“Qazet.az” TASS-a istinadən xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF onlayn qaz satışı mərkəzinin fevral fyüçersləri 1 102 dollara çatıb.