Bakı 23˚C Windy

Avropada qaz qiymətləri yenidən artıb - 1000 dollar

Biznes 01:11 24 fev, 2022

Daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok baş verənlərin fonunda “Şimal axını 2” layihəsinin dondurulduğunu bildirib.

Avropada qaz qiymətləri yenidən artıb - 1000 dollar

Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti 12,7% artaraq yanvar ayının sonundan bəri ilk dəfə 1 000 ABŞ dollarını keçib.

Bu barədə qazet.az Londonun ICE birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF (Niderland) indeksi üzrə qazın mart fyuçerslərinin qiyməti 1 050 ABŞ dolları səviyyəsinə yüksəlib.

Qeyd edək ki, ABŞ “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Almaniya kansleri Olaf Şolts Rusiyanın Donetsk və Luqansk “xalq respublikalarının” tanımasından sonra Berlinin “Şimal axını 2” layihəsinin sertifikatlaşdırılmasını dayandırdığını açıqlayıb.

Daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok baş verənlərin fonunda “Şimal axını 2” layihəsinin dondurulduğunu bildirib.