Bakı 9˚C Mostly cloudy

Avropada qazın qiyməti 8 % artıb

Gündəm 14:55 20 sen, 2021

Bir gün sonra qiymətlər 10 %-dən çox azaldı

Avropada qazın qiyməti 8 % artıb

Avropanın fyuçers bazarında qazın qiyməti 8 % artıb.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti 8 % artaraq 1000 kubmetr üçün 860,2 ABŞ dollarına çatıb.

Avropanın fyuçers bazarında təbii qazın qiymətindəki volatillik davam edir. Sentyabrın 15-i qiymətlər rekord 963,9 ABŞ dollarınadək yüksəldi. Bir gün sonra qiymətlər 10 %-dən çox azaldı. Ötən həftənin cümə günü isə təbii qazın fyuçers qiyməti 4,6 % artaraq 807,1 ABŞ dolları oldu.

Avropada təbii qaz qiymətlərinin artmasının səbəblərindən biri kimi anbarlarda qaz ehtiyatlarının aşağı səviyyədə olması göstərilir. Belə ki, Avropa İttifaqında yeraltı qaz anbarlarının dolum səviyyəsi son 10 il üçün orta göstəricidən 20 % azdır.