Bakı 23˚C Windy

Avropada qazın qiyməti 854-884 dollar arasında qərarlaşıb

Biznes 19:10 11 fev, 2022

 Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçersləri günə 870 ABŞ dolları ilə başlayıb

Avropada qazın qiyməti 854-884 dollar arasında qərarlaşıb

Avropada qaz fyuçerslərinin qiyməti hər 1000 kubmetr üçün 854-884 ABŞ dolları arasında qərarlaşıb. 

Qazet.az Londonun ICE birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçersləri günə 870 ABŞ dolları ilə başlayıb.

Hələlik sessiyanın minimum qiyməti 854 ABŞ dolları, maksimum qiyməti isə 884 ABŞ dolları təşkil edib. Dünənki qiymət 876,4 ABŞ dolları olub.