Avropada qazın qiyməti kəskin ucuzlaşdı
Biznes
20:02 06 okt, 2021
Bahalaşmadan sonra Avropada qazın qiyməti kəskin ucuzlaşıb

Bu gün səhər saatlarında kəskin artımdan (hər 1000 kubmetrə görə təxminən 2 000 dollar -red.) sonra Avropada qazın qiyməti anidən ucuzlaşıb.
Qazet.az xəbər verir ki, günorta saatlarında qazın qiyməti hər 1000 kubmetrə görə 1499 dollara, qısa müddət sonra isə 1325 dollara enib.
Qeyd edək ki, Avropada yanacaq qiymətləri bu ilin əvvəlindən etibarən artım nümayiş etdirir. Artıq mütəxəssislər sürətli artımın səbəblərinin araşdırılmasını tələb edir.